Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olundu

ÖLKƏ
11:35 / 15.07.2024
193

Ermənistanda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən HİT.az-a verilən xəbərə görə, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Ermənistan ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Ordubad stansiyasından 29 km şimalda, Naxçıvan MR-in Ordubad şəhərində 3 bala qədər hiss olunub.

0