Siyəzəndə yerləşən "Beşmarmaq" pirinin adını yəqin çoxları eşidib.
Bu ziyarətgahın yanından keçən avtomobillərin çoxu dayanır, yol kənarındakı məsciddə namaz qılır, nəzir qutusuna ianələr atırlar. Lakin böyük bir problem var.
Hit.az-n xəbərinə görə, məscidin ayaqyolu bərbad vəziyyətdədir. Üfunət iyindən yaxın durmaq olmur, ətraf zibilliklə örtülüb.
Bu da azmış kimi həmin bərbad tualet pulludur. Gəlib gedənlərdən (bura əsasən namaz qılanlar dəstəmaz almazdan öncə girirlər) 30 qəpik tələb olunur. Pul alınırsa, xidmətin də keyfiyyəti yüksəldilməlidir. Yoxsa ziyarətgahın ayaquolunu bərbad halda saxlayıb, ona qazanc obyekti kimi baxmaq iyrənclikdir.
Murad