Şəhərin göbəyində yeni zibillik...

ÖLKƏ
22:55 / 18.07.2024
209

Bakının Şəmsi Bədəlbəyli 106 ünvanında yaşayan sakinlər qonşularından, daha doğrusu onları bu günə salanlardan şikayətçidirlər.

Hit.az-ın xəbərinə görə, 28 Moll yaxınlığında yerləşən küçə sakinləri küçədə yaradılmış zibillikdən gileylidirlər.  

Küçəyə gətirib yeni zibil yeşikləri qoyublar. Ətrafda olan mağaza və digər obyekt sahibləri tullantılarını ora atırlar. Zibil qabları fərdi evlərdən birinin qapısı önünə qoyulduğuna görə ev sahibləri zibil qalıqlarına görə həyətlərinə girib çıxmağa əziyyət çəkirlər. Küçə sakinləri yaradılmış problemin aradan qaldırılmasını tələb edirlər.

Hələlik şikayətlərə cavab verilməyib.

Murad

0