Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

ÖLKƏ
15:13 / 19.07.2024
181

Bərpa edilən Ağdərə rayonunun sərhədlərində hazırda mərz nişanları basdırılır.

"Report"un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında deyib.

"Naturada sərhədlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə və qonşu həmsərhəd rayonların nümayəndələrinə tanıdılır", - deyə o qeyd edib.

0