İşə yeni başlayanların işə adaptasiyası

ÖLKƏ
17:17 / 19.07.2024
197

İş həyatı vaxtımızın çox hissəsini tutur - iş mühitində dostlarımız, tabeliyimiz və rəislərimizlə qurduğumuz ünsiyyət çox vacibdir.

Çünki düzgün ünsiyyət bizi həm özünə arxayın edir, həm də gördüyümüz işdəki peşəkarlığımızı əks etdirir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, iş həyatında da münasibətin əsasını nəzakət və dav­ra­nış qaydaları təşkil edir:

 " Yeni iş yerində ilkin təəssürat çox mühümdür. Bunun üçün də iş yerinə vaxtında gəlmək, həmçinin , geyim formasına xüsusi fikir vermək lazımdır: 

"Bir çox şirkətdə xüsusi geyim forması yoxdur, ancaq yenə də mümkün qədər xoş görünmək vacibdir. Təbii ki, hələ müsahibə və ya işə qəbul prosesi zamanı bir çox namizəd potensial işəgötürən haqqında detallı araşdırma aparır. Və mümkün qədər çox məlumat əldə edirlər, hansı ki, bu məlumatlar gələcəkdə namizədin çalışacağı şirkətə və mühitə daha tez uyğunlaşmasında kömək olur”.

Sevinc

0