Avtobus parkı yenilənir

ÖLKƏ
21:22 / 19.07.2024
217

Məlum olduğu kimi, elektrik mühərriki ilə hərəkətə gətirilən avtobuslar 15 faiz idxal gömrük rüsumundan azad edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb.Çinin ən böyük avtomobil istehsalçısı olan "BYD” konqlomeratı sosial şəbəkələrdə 160 ədəd 12 metrlik K9UD elektrik avtobuslarının Azərbaycana tədarükü üçün tenderin qalibi olduğunu rəsmən elan edib.

Maraqlıdır, elektrik mühərriki ilə hərəkətə gətirilən avtobusların 15 faiz idxal gömrük rüsumundan azad edilməsi avtobus parkının yenilənməsinə səbəb olacaqmı?

Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a deyib ki, bu qərar avtobus parkının yenilənməsinə səbəb olacaq: 

"Nəzərə almaq lazımdır ki, 160 ədəd 22 metrlik K9UD elektrik avtobusu az rəqəm deyil. Bu avtobuslar ekspress xətlərdə  istifadə olunacaq. Əsasən Bakı ətrafı qəsəbələrə  veriləcək".

Həmsöhbətimiz hesab edir ki, elektrik mühərriki ilə hərəkətə gətirilən avtobusların 15 faiz idxal gömrük rüsumundan azad edilməsi nəqliyyat sektorunun inkişaf etməsinə səbəb olacaq: 

"Bu dövlətin dəstəyi kimi qiymətləndirilməlidir".

Sevinc

0