“6 ayda 25 nəfər cinayət başında yaxalanıb”

12:50 / 22.07.2024
122

Bu ilin 6 ayında korrupsiya cinayəti törədən 25 nəfər cinayət başında yaxalanıb.

HİT.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev geniş Kollegiya iclasında deyib.

Kamran Əliyevin sözlərinə görə, qeyd olunan müddətdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanıb. Keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət başında yaxalanan 25 nəfərdən əlavə 4 nəfər axtarışda olan şəxs saxlanılıb.

0