Karantin bitir, sürücülər sürət həddini aşır - Ekspert 

ÖLKƏ
12:10 / 28.05.2020
934

Karantin yumşaldılandan sonra yollarda intensivlik artıb. Amma yol hərəkəti qaydalarını pozanlar çox deyil. 

Bu sözləri Hit.Az-a nəqliyyat eksperti Elməddin Muradlı deyib. E.Muradlı bildirib ki, maşınların sayı artıb: 

“Son günlərdə sürücülər sürət həddini aşırlar. Avtomobillərin çox olmasına məhəl qoymadan yenə sürət həddini aşırlar. Çoxunun fikrində karantin dövründəki boş yollar qalıb. Elə təəsürat yaranır ki, karantindən sonra sürücülər yollarda necə hərəkət etməli olduqlarını unudublar”. 

Onun sözlərinə görə, dərslər başlayanda yenə tıxaclar olacaq.

0