İşıq dirəyi var, işıq yox...

20:57 / 23.07.2024
200

Xətai rayon Mirzə Davud küçəsinin sakinlərindən Hit.az-a şikayət daxil olub.

Küçə sakinləri bildiriblər ki, 5 -6 ay öncə küçəyə işıq dirəkləri çəkilib. İllərlə zülmət olan küçələrə işıq verilməsi sakinləri bir az sevindirib. Ona görə bir az deyirik ki, küçənin yarısına qədər işıq çəkilsə də , yarısına çəkməyi lazım bilməyiblər. Günəş panelləri taxılmış elektrik dirəklərinin ömrünün uzun olacağını düşünən sakinlər yanılıblar. Bir aydan artıqdır nə olubsa , dirəklərin heç birində işıq yanmır. 20-30 dirək eyni vaxtda “boynunu büküb durub”.

Küçə sakinlərinin əlaqədar qurumlara iki sualı var. Birincisi niyə işi yarımçıq görüblər? Küçənin lap ayağında yaşayan  100-dən artıq evi ev, insanı insan hesab etmirlərmi ki, onların ərazisinə işıq çəkməyiblər?

İkinci sual budur ki, niyə elektrik dirəkləri olsa da işıqlandırma prosesi dayandırılıb?

Ümid edirik, Azərişıq bu çətin olmayan iki sualın cavabını verəcək.

Murad

0