Hovuz suyu təmizdir, yoxsa dəniz?

19:58 / 23.07.2024
209

Yayda sərinləmək istəyənlər dəniz və ya hovuzu üz tutur.

Lakin bir çox mütəxəssislər hovuz suyunun daha təhlükəlı olduğunu iddia edir.

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, dənizin özünün spesifik xüsusiyyətləri var. Belə ki, dəniz suyu öz-özünü təmizləyir:

"Dəniz suyunda ya xəstəlik törədicilər olmur, ya da norma daxilindədir. Bu, özünü təmizləmə xüsusiyyətindən irəli gəlir. Hovuzun suyunda dənizdən fərqli olaraq, özü-özünü təmizləmə xüsusiyyəti yoxdur. Ona görə də müasir metodlara əsaslanaraq mütləq hovuz suyu ya ozonlaşdırırmalı, ya da oradakı suyu təmizləyən ultrabənövşəyi lampalardan istifadə edilməlidir.  Hazırda bizim hovuzlarda bu medotlardan istifadə edilmir. Bu səbəbdən əksər hovuzlardan xlor iyi gəlir".

Sevinc

0