Qadın qətlinə haqq qazandıranlar...

ÖLKƏ
18:43 / 23.07.2024
271

Son zamanlar mediada xanımların əri və ya sevgilisi tərəfindən qətlə yetirilməsi hadisəsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, sosial şəbəkələrdə əri tərəfindən öldürülən bir qadın barədə xəbər paylaşılanda  cinayətkarı yox ölən qadını qınayırlar:

“Yazırlar ki, “tabe olmalı, hər cür davranışa razı olmalı, ailəsini qorumalıydı”. Öldürən şəxsi heç kim qınamır, günahkar hesab etmir. Səbəbindən asılı olmayaraq , heç bir şəxsin başqasının həyatına müdaxilə etmək, ona zərər yetirmək hüququ yoxdur! Bununla yanaşı, küçənin ortasında qardaşı, əri yaxud da atası tərəfindən döyülən, təhqir edilən qadınların nə qədər videosu yayılıb. Heç kim də onlara yaxınlaşmır, döyülən söyülən qadına yardım etmir. Yalnız videoya çəkib paylaşmaqla kifayətlənirlər. Bu gün biz vətəndaşlar olaraq hamılıqla məişət zorakılığına qarşı yox deməliyik. Bu mövzu barədə maarifləndirmə tədbirləri keçirilməlidir”.

Sosioloqun sözlərinə görə, mentalitetimiz kişinin xəyanətini bağışlayır, qadın xəyanət edirsə ya boşanır, ya da öldürülür. Başqa sözlə desək, kişi xəyanətinə adi hal - "kişidir, kişiyə olar" prizmasından yanaşılır. 

Sevinc

0