"Sumqayıtçay"da sirli gedər-gəlməz yol

21:37 / 24.07.2024
183

Sumqayıt sakini Nəzakət Dədəliyeva yaşadığı ərazidəki pintilikdən bezib, giley-güzarını Hit.az-a danışıb.

O bildirib ki, tullantıları ayda bir dəfə daşıyırlar deyə, məskunlaşdığı  yaşayış massivi zibil poliqonuna bənzəyir:

“Sumqayıtçay stansiyası” yağış və qardan sonra əmələ gələn palçıq yolları bağlayır Bizim əraziyə nəinki avtomobillər, taksi, hətta  yanğınsöndürənlər, xilasedicilər və təcili tibbi yardım da girə bilmir. Şəhərin mərkəzini bəzəyirlər, bəs ətraf küçələrin taleyinə kim  baxacaq?”

Sualı biz verdik, cavabı qaldı Sumqayıt İcra hakimiyyətinin məsuliyyətinə.

Murad

0