Redaksiyamıza Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyasında təhsil alan şagirdlərin bir neçəsinin valideynindən şikayət daxil olub.
Hit.az-ın xəbərinə görə təzə təmir edilsə də, məktəb binasının təmiri üçün şagirdlərin hər birindən 15 manat tələb olunub.
Müəlimlər direktorun tapşırığına əsasən təmir pulu istədiklərini deyiblər.
Valideynlər gimnaziyanın 72 yaşlı direktoru Nizami Əhmədovun qoyduğu qayda qanunlarla idarə olunduğu bildiriblər. Belə ki, direktor 3 alan uşaqları gimnaziyadan uzaqlaşdırır.
Məsələ ilə bağlı gimnaziya rəhbərliyinin mövqeyini işıqlandırmağa hazırıq.
Murad


