Xaricə idman yarışına gedən uşaq üçün hər iki valideyn razılıq verməlidir?

ÖLKƏ
22:20 / 25.07.2024
287

Hit.az redaksiyasına müraciət daxil olub.

Rəvanə Qaralova soruşur ki, yetkinlik yaşına çatmayan övladının xarici ölkədəki idman yarışına qatılması üçün ərinin icazəsi mütləqdirmi?

“Həyat yoldaşımdan ayrılmışam. İllərdir Rusiyada yaşayır və bizimlə əlaqə saxlamır, harada olduğunu bilmirəm. Uşaqları təkbaşına böyütmüşəm. İndi övladımın xaricə çıxışı üçün onun razılığı tələb olunur. Nə edə bilərəm?”

Hit.az-ın mövzu ilə bağlı sualını cavablandıran hüquqşünas Elvin Babayev bildirib ki, belə halda bəzi istisnalara yol verilir:

“Qanuna əsasən, uşağın sağlamlığının qorunması məqsədi ilə xarici ölkədə tibbi müayinə və müdaxilənin həyata keçirilməsinin, beynəlxalq idman yarışlarında, habelə gələcəkdə xaricdə ali təhsil alması məqsədi ilə keçirilən imtahan və müsabiqələrdə iştirakının zəruri olduğu hallarda, uşağın ölkədən gedə bilməməsi onun hüquqlarının sonradan qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnmə ehtimalı böyük olduğundan, məhkəmələr müvəqqəti təminat tədbiri qismində uşağın qeyd edilən məqsədlə konkret müddətdə bir valideynin razılığı olmadan getməsinə icazə verilə bilərlər”,- deyə o bildirib.

Murad

0