"Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilən it döyüşlərini əks etdirən videogörüntülər paylaşılıb. Məsələ dərhal nazirlik tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib".
HİT.Az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib.
"Onlardan 4-ü – Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıb. Onların törətdikləri əmələ uyğun məsuliyyətin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Digər 2 nəfərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin araşdırmalarla o da müəyyən edilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilib”, DİN rəsmisi bildirib.