Xətai rayonunun Mirzə Davud küçəsinin sakinləri antisanitariyadan şikayətçidirlər.
Hit.az-a daxil olan müraciətdə küçə sakinləri kanalizasiyanın bərbad vəziyyətdə olmasından gileylidirlər:
"Bir az yağmur olan kimi küçləri su basır. Çox zaman elə tağış olmadan da kanalizasiya daşır, çirkab suları küçəni basır. Qonşuların çoxu qəssablıqla məşğuldur deyə kanalizasiya daşanda hər tərəfi qanlı su basır. Küçələrdə qan gölü yaranır. Bu antisanitariya vəziyyəti əlbəttə qorxunc xəstəliklərə səbəb ola bilər".
Qeyd olunub ki, bu məsələ ilə bağlı, yəni küçəyə yeni kanalizasiya xəttinin çəkilməsi ilə bağlı müraciətlər isə hələ də cavabsız qalır.
İsmayıl