Laçında ilk məscid tikilir - VİDEO

ÖLKƏ
23:31 / 29.07.2024
292

Laçında ilk məscid inşa olunur.

Bu barədə Baku TV-nin Laçına ezam olunmuş müxbiri Nicat Haqverdiyev məlumat verib.

Qeyd edilib ki, bu məscid Qarabağda tikilən ən böyük ibadət ocaqlarından biri olacaq. Məscidin tikintisində iştirak edən işçilər və Laçın sakinləri öz sevinclərini bölüşüblər.

"Düşmən Laçında daşı daş üstə qoymayıb. Sükür, biz artıq öz torpaqlarımıza qayıtmışıq. 32 ildən sonra Laçında azan səsi ətrafa yayılacaq", - deyə usta Anar Məmmədov söyləyib.

0