Sabiq deputata qarşı dələduzluq etməkdə təqsirli bilinən şəxsə hökm oxundu

ÖLKƏ
14:44 / 30.07.2024
222

Sabiq deputat Hacı Salayevə qarşı 157 min manat dələduzluq etməkdə təqsirli bilinən “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfova hökm oxunub.

“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Tural Nəcəfov yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi, sabiq deputat Hacı Salayev, həmçinin Nəcib Səlimov və Bəxtiyar Məmmədov tanınıb.

Araşdırmalar zamanı məlum olub ki, Tural Nəcəfov özünü geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edərək zərərçəkmişlərin inam və etibarını qazana bilib.

Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyinə 265 min 721 manat, Hacı Salayevə isə 157 min manat zərər dəyib.

0