Sahibsiz küçə itləri sakinlərə təhlükə yaradır

ÖLKƏ
21:52 / 31.07.2024
148

Bakının 7-ci mikrorayon ərazisində, keçmiş “Bolluq” bazarı deyilən ərazidə yeni tikilən binalarda yaşayan sakinlərin şikayəti var.

Hit.az-a müraciət edən  sakinlər vəhşi küçə itlərinin narahatlıq yaratdığını bildiriblər.

 “Uşaqları həyətə tək buraxmağa qorxuruq. Xüsusilə, hava qaralanda küçə itləri daha da vəhşiləşir, hücum edirlər. Bir neçə dəfə təhlükəli anlarla qarşılaşmışıq. Xahiş edirik, bu məsələyə əlaqədar qurumlar diqqət ayırsınlar", deyə küçə sakinləri bildiriblər.

Ümid edirik, əraziyə məsul olan bələdiyyələr problemin həlli yolunda addım atarlar.

Murad

0