“Küçə itlərinin qorxusundan övladımın dili batdı”

ÖLKƏ
17:19 / 01.08.2024
173

7-ci mikrorayon ərazisindən növbəti dəfə eyni şikayətlə Hit.az redaksiyasına müraciət gəlib.

 Şİzləyicimiz Veyis Paşasoy bildirib ki, yaşadığı Abay Kunanbayev küçəsi ərazisində küçə itləri övladına hücum edib, bunun nəticəsində uşağın qorxudan dili tutulub:

“Küçə itlərinin əlindən uşaqları həyətə tək buraxa bilmirik. Hava qaralanda elə böyüklər üçün də qorxulu olurlar, buna bir nəzarət edən yoxdurmu?” deyə o bildirib.

Ümid edirik, əlaqədar qurumlar, ərazinin bələdiyyəsi bu məsələni təcili diqqətə alarlar. Ən azından quduzluq xəstəliyinin yayılmaması naminə.

Murad

0