"Toyuğa proteinli qidalar verirlər ki, sürətlə böyüsün"

ÖLKƏ
19:19 / 01.08.2024
196

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 956:2024 “Toyuq əti (toyuq cəmdəyi, cücələr, broyler cücələri və onların hissələri). Texniki şərtlər” yeni dövlət standartnıı qəbul eldb. Yeni dövlət standartı ölkə ərazisində quşçuluq sahəsində meydana çıxan çatışmazlıqların aradan qaldırılması, məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul edilib.

Maraqlıdır, yeni qayda toyuğun satış qiymətinə təsir edəcəkmi?

Aqrar sahə üzrə ekspert Akif Nəsirli Hit.az-a deyib ki, quşçuluq fabriklərinin qarşısına tələb qoyulmalıdır ki, standartlara uyğun məhsullar istehsal etsin: 

"Rayonlardakı bəzi quşçuluq fabriklərində vəziyyət nisbətən daha yaxşıdır, onların geniş əraziləri var və toyuqları yem üçün açıq ərazilərə buraxırlar, toyuq otla, dənlə qidalanır. Ancaq yalnız proteinlə yetişən toyuq əti orqanizmə zərərlidir. Ətin keyfiyyəti də bundan dolayı çox aşağıdır. Normadan artıq proteinli məhsullar istehsal olunur. Belə qısa müddətdə yetişən toyuğun ətinin keyfiyyəti nə ola bilər? Birincisi, bunlar xüsusi toyuqlardır, geni modifikasiya olunub. İkinci tərəfdən də toyuğa proteinli qidalar verirlər ki, sürətlə böyüsün, şişsin. Nadir hallarda toyuqlar buğda və ot yeyir, yalnız yüksək proteinli yemlə bəslənir. Bu, doğru deyil. Əslində quşçuluq fabriklərinin hazırladığı toyuq əti məhsulu kənd toyuğunun ətinə yaxın dada malik olmalıdır".

Sevinc

1