Xəzərdə balıqlar kütləvi məhv olur?

ÖLKƏ
18:50 / 02.08.2024
453

Xəzər dənizinin Xətai rayon ərazisində, Zığ tərəfdəki sahillərində kiçik balıqların, digər xırda dəniz canlılarının kütləvi ölümü müşahidə olunub.

Bu barədə Hit.az-a həmin ərazidə yaşayan sakinlər məlumat veriblər. 

Bəs görəsən həmin canlıların ölümünə dənizin kirliliyi, yoxasa digər amillər səbəb olub?

Mövzu ilə bağlı Hit.az-a danışan bioloq,  biologiya elmləri namizədi İradə İsabalayeva bildirib ki, sözügedən ərazidə dəniz həddən artıq çirkli olduğuna görə, balıqların ölümünə  ekoloji problemlər səbəb ola bilər:

“Amma bu məsələdə iqlim dəyişikliyi, Xəzər sularının kəskin geri çəkilməsi də rol oynayır. Dayaz yerlərdə temperatur həddindən artıq artdığı üçün oksigen çatışmazlığı ilə əlaqədar suda yaşayan canlılar tələf olur. Suyun temperaturunun  kəskin dəyişməsi( 10-12 dərəcə) kiçik canlıları məhv edir. Bir neçə ildir, Xəzərdə balaca kefal balıqları sürü şəklində ölümü müşahidə olunur. Bunun əsas səbəbi dayaz yerlərdə günəş şüalarının suyu daha çox qızdırması nəticəsində oksigenin buxarlanmasıdır. Xırda dəniz canlılarını oksigensiz, isti su məhv edir".

Murad

0