Şamaxı Astrofizika Rəsədxanasının şöbə rəhbəri vəfat etdi

ÖLKƏ
21:44 / 04.08.2024
193

Şamaxı Astrofizika Rəsədxanasının “Planetlər və kiçik səma cisimləri” şöbəsinin rəhbəri vəzifəsində çalışan Ədalət Ətayi bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

“Report”un məlumatına görə, fizika-riyaziyyat elmləri doktoru Ədalət Ətayi 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, alim 70-dən çox elmi məqalənin, çoxsaylı elmi-kütləvi məqalələrin, bir sıra kitabların müəllifidir. O, həmçinin məktəblər üçün “Astronomiya” dərsliyinin həmmüəlliflərindən biri olub.

0