Baki Ali Neft Məktəbinin Xətaidəki filialı köçürülür

ÖLKƏ
11:57 / 06.08.2024
157

Bakı Ali Neft Məktəbinin (BANM) Xətai rayonunda yerləşən inzibati binası köçürülür.

Modern.az-ın məlumatına görə, yeni tədris ilində Universitetin Xocalı prospektində yerləşən filialı başqa binada fəaliyyət göstərəcək.

BANM-ın mətbuat xidməti saytımıza açıqlamasında məlumatı təsdiqləyib. O, bu barədə yaxın vaxtlarda rəsmi məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, sözügedən binada Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi gözlənilir.

0