Zibillikdə yemlənən inəklərdən kənd südü...

ÖLKƏ
19:19 / 07.08.2024
256

İşdən evə gedəndə 5 dənə böyük zibil qablarının qoyulduğu bir yerdən keçirəm. Çox böyük küçənin bütün tullantıları bura atıldığı üçün zibil qabları daima dolur, daşır, ətrafa yayılır. Və həmin ərazidə yaşayan insanlar öz toyuqlarını, inəklərini yemləmək üçün orada otarırılar. 

Qapının üzərində isə "təbii inək südü, kənd yumurtası, kənd toyuğu satılılır" - deyə bir tablo asıblar. Zibillikdən yemlənən inəyin südünü, toyuğun ətini, yumurtasını baha qiymətə satırlar. 

Təəssüf ki, bu Bakıda görülən nadir mənzərə deyil. Sonra da ekologiya deyirik, ekoloji problemlərin yaratdığı xəstəliklərdən danışırıq. Bunu bizə edən özgəsi deyil, hansısa kimyəvi silahlar deyil, özümüzük. 

Nəyin xətrinə? - Qazanc üçün. İnsanların inamını qıra-qıra yaşamaq həm sağlığımıza, həm də mənəviyyatımıza zərbədir.

Murad

0