Ədliyyə Nazirliyindən Hüseyn Abdullayevlə bağlı açıqlama

ÖLKƏ
17:07 / 09.08.2024
174

Ədliyyə Nazirliyi sabiq deputat Hüseyin Abdullayevin səhhəti ilə bağlı məlumat yayıb.

Bu barədə HİT.az-a nazirlikdən bildirilib.

Məlumata görə, Hüseyn Abdullayev cari ilin 2 avqust tarixində ürək nahiyəsində olan narahatçılıqla bağlı Bakı istintaq təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib:

"Həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib. Məlumat üçün bildiririk ki, H.Abdullayevin səhhəti həkim nəzarətindədir".

0