Qarabağ Universitetinə imtahansız qəbul olan gənc: "Bütün dünyaya..." - FOTO

ÖLKƏ
14:48 / 12.08.2024
545

Xəbər verdiyimiz kimi Qarabağ Universitetinin artıq ilk tələbəsi məlum olub. Söhbət Atilla Muradlıdan gedir. Ağdaşdan olan 17 yaşlı Atilla Muradlı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müsabiqədənkənar qaydada, yüksək göstəriciləri ilə Qarabağ Universitetinə qəbul olan ilk tələbə kimi öz adından bəhs etdirib.

Lent.az-ın əməkdaşı Atilla Muradlı ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənməyə çalışıb.

"Daha əvvəl müsabiqədənkənar müraciət etmişdim. Qarabağ Universitetini seçən ilk abituriyent də mən idim. Qarabağ Universitetində təhsil almağım mənim üçün böyük qürurdur. Qarabağın təbiətinə və gözəlliklərinə heyranam. 30 ildən sonra şəhidlərimizin qanı, canı ilə alınan bu torpaqlara ayaq basmaq, burada təhsil almaq bəlkə də bir çoxlarının xəyalıdır. Bu universitet azad olunan torpaqlarımızdakı ilk ali təhsil müəssisəsidir. Mən də burada yüksək nəticələr göstərməklə Qarabağımızı bütün dünyaya tanıdılmasında rol oynayacam".

Qeyd edək ki, Atilla Muradlı jurnalist Ehtiram Muradovun oğludur.

0