Kütləvi zəhərlənmələrə səbəb nədir?

ÖLKƏ
19:24 / 12.08.2024
162

"Çayın bir yerində biri qab, digəri paltar yuyur, o biri isə üzünü qırxır. Ümumi atmosfer çox pisdir, antisanitariya hökm sürür”. 

Bu sözləri Hit.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, zəhərlənmələr və ölənlərin sayı gizlədilir. Bu məsələyə son qoyulmalıdır:

"Bütün bunlar hamısı onu göstərir ki, AQTA-nin işini fəallaşdırmaq lazımdır. Əhali onlara ictimai dəstək verməlidir. AQTA kütləvi informasiya vasitələri və əhaliylə ciddi işləməlidir. Əhalinin ona inamı artmalıdır. Təəssüf ki, bu hal hələ ki , mövcud deyil. Yoxlama keçirmək üçün uzun bir prosedur lazımdır. Dəfələrlə demişik ki, bu prosedur götürülməlidir və Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində ciddi dəyişiklik getməlidir".

Xatırladaq ki, ötən gün Gəncə və Göygöldə kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə ilə bağlı araşdırma aparılır. 

Hadisənin “Ağ ayı”, “Xan yurdu” və “Araz” iaşə obyektlərində, eyni zamanda mərasim evində qeydə alındığı bildirilir. 

Sevinc

0