"Özəl xəstəxanalara icbari sığorta işi ilə məşğul olması məqsədi ilə lisenzilar verilməlidir"

ÖLKƏ
19:04 / 12.08.2024
154

İcbari tibbi sığorta orqanizmdə xərçəngə çevrilmə riski yüksək olan atipik hüceyrə dəyişiklikləri nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikasını təmin edir. 

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) yaydığı məlumatda bildirilir.

Bildirilir, bu, İcbari Tibbi Sığorta xidmətinin keyfiyyətində özünü mütləq göstərəcək.

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, istər ambulator, istər stasionar, istərsə də diaqnostika müalicə vasitələrinin genişlənməsi istiqamətində xeyli məsələlərə kömək edəcək: 

"Özəl xəstəxanalara icbari sığorta işi ilə məşğul olması məqsədi ilə lisenzilar verilməlidir. Düşünürəm ki, bununla bağlı ciddi şəkildə çeşidləmə aparılmalıdır. Onsuz da gec-tez bu çeşidləmə aparılacaq. Çünki buna zərurət duyulacaq. Elə bunun üçün indidən aparılsa, daha yaxşı olar. Özəl xəstəxanalarda İcbari Tibbi Sığortaya o xəstəxanalar cəlb edilməlidir ki, o şəfa ocaqları tibbin qanunları ilə işləyir, sahibkarın düşüncəsi ilə deyil". 

Sevinc

0