45 saylı marşrut xəttindən şikayət var

ÖLKƏ
14:35 / 16.08.2024
143

28 May metro stansiyasından Əhmədliyə işləyən 46 saylı marşrut xəttindən şikayət var.

Hit.az-a daxil olan şikayətdə vətəndaşlar bildiriblər ki, bu avtobusun hərəkət intervalı həddən artıq ləngdir.

“Avtobus başlanğıc nöqtədən tamamilə dolmadan tərpənmir. Yolda götürəcəyi sərnişinləri nəzərə almır. Bir 46 avtobusu gələnə qədər, ən azı 2-3  fərqli avtobus ötüb keçir. Axşamlar saat  doqquzun yarısından sonra isə işləyib-işləməyəcəyi, qalır sürücünün insafına. Dünən Ağ Şəhərlə üzbəüz dayanacaqda, yol kənarında düz 46 dəqiqə gözləsəm də, avtobus gəlib çıxmadı. Gediş haqqını qaldıranda xidməti yüksəldəcəyik demişdilər. Yüksək keyfiyyət budur?”

Bu fikirləri Hit.az-a həmin xətdən istifadə edən sərnişinlər səsləndiriblər.

Sualı onlar verdi, cavabı da 46 saylı marşruta nəzarət edən daşıyıcı şirkət versin.

Təbii ki, insanların pulunu yox, özlərini sayıb, hörmət edirlərsə.

Murad

0