Qiyməti kəskin artan abituryentlərin test toplularının içərisi niyə dəyişmir? - VİDEO

ÖLKƏ
13:52 / 17.08.2024
332

Test toplularının qiymətində kəskin artım müşahidə edilir.

Test kitabları tez tez yenilənir. Valideynlər isə iddia edir ki, dəyişən təkcə toplunun üz qabığı və qiymətidir.

Ekspertlər bildirir ki, test topluları yeniləndikdən sonra içərisində çox az sayda dəyişiklik olur. Amma kitabın yeni nəşri çıxanda bir sıra probelər də yaranır.

Onların sözlərinə görə, bəzi kurslar öz vəsaitlərini satmaq üçün demək olar ki, hər il yeni kitablar çıxarırlar. Repetitorların bu toplulardan istifadəsi nəticəsində abituryentlər bu vəsaiti almağa məcbur qalır.

Qeyd edək ki, test topluların qiyməti 10-15 manat arasında dəyişir.//Xəzər TV


 

0