Azərbaycanlı aşığın beyninə qan sızdı: Reanimasiyaya yerləşdirildi

ÖLKƏ
15:35 / 18.08.2024
164

Azərbaycanlı aşıq, tambur ifaçısı Əfqan Rəhimov xəstəxanaya yerləşdirilib.

Hit.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə prodüser Samir Xəttab bildirib.

Bildirilib ki, o, 3 gün öncə yıxılıb və beyninə qan sızıb. Hazırda Balakən Rayon Mərkəzi Xəstəxanasında reanimasiyadadır.

Xatırladaq ki, Əfqan Rəhimov Balakəndə yaşayır. O, bir çox verilişlərdə qonaq olub, musiqi yarışlarında iştirak edib. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.

0