Damağında siqaret ola-ola avtobus idarə edənlər

ÖLKƏ
20:54 / 20.08.2024
151

"Maşını idarə edən sürücü siqaret çəkirsə,  ilk növbədə, sürücünün diqqətini yayınır, tüstü onun gözlərinin önünü tuta bilər". 

Bu sözləri Hit.az-a həkim ekspert Rasif Bağırov deyib. 

O bildirib ki, Bakı kəndlərinə gedən avtobuslarda siqaret çəkmə halları daha çox olur: 

"Yaxşı olar ki, insanları işə götürəndə hansı aralıqlarla siqaret çəkdiyi ilə bağlı sorğu aparılsın. Daha gec-gec siqaret çəkən insanları işə götürmək onların sonradan işdən çıxarılmasından daha yaxşıdır. Onu da deyim ki, siqaretin tüstüsü onu çəkəndən çox ətrafdakılara ziyan vura bilər. Sürücülər iddia edirlər ki, guya tüstü yanlarında olan pəncərədən bayıra çıxır. Amma belə deyil. İstər-istəməz, tüstü bütün salona yayılır. Əhalinin işdən çıxdığı vaxtlarda avtobusda sıxlıq o qədər olur ki, sürücünün ətrafı dolu olur. Onun çəkdiyi bir siqaret onlarla adama mənfi təsir göstərir".

Sevinc

0