Laçına oranı zibilləmək üçün gedirik?

ÖLKƏ
19:52 / 20.08.2024
168

Uzun illər işğalda olan torpaqlarımıza gedəcəyimiz günü gözləmişik. 

Həsrət bitib, yollar açılıb. Amma...

Amması odur ki, müqəddəs deyib, üz tutduğumuz ana torpağa yad kimi, düşmən kimi davranırıq. Zibilləyirik, təmizliyə diqqət göstərmirik. Bu sanki bizim millət olaraq canımızda yoxdur.

Bu günlərdə Laçına səfər etmiş Samir Cəfərov Hit.az-a bildirib ki, Laçın yolunda, aşırımlarda gördüyü mənzərə onu çox incidib:

“Şuşaya, Laçına gedənlərin əksəriyyəti oraları da zibilləyirlər.  “Laçın pereval”-ına gələnlər bulaq suyundan istifadə etmək üçün  maşınları saxlayıb, su götürürlər, yeyib içirlər, amma gedərkən də həmin yerə tökdükləri zibilləri, plastik butulkaları, polietilen torbaları təmizləməyib, oradaca qoyub gedirlər. Çeşmədən gələn kiçik su axarının içi, ətrafı rəsmi bir zibilxanaya bənzəyir. Axı bu həsrətini çəkdiyimiz o vətəndir. Niyə belə edirik?".

İrad haqlı iraddır. Bizim  küçədə, çöldə, düzdə özümüzdən sonra tökdüyümüzü yığışdırmaq adətimiz yoxdur. Formalaşmalıdır, istəyir ictimai qınaqla, istəyir cərimələrlə.

Murad

0