34 yaşlı polis serjantı qəfil vəfat etdi - FOTO

20:39 / 21.08.2024
132
Ağdamda 34 yaşlı polis əməkdaşı qəfil vəfat edib.
 
"Qafqazinfo” xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin polis serjantı 1990-cı il təvəllüdlü Niftəliyev Tural Fazil oğlu ürəktutmadan dünyasını dəyişib.
 
Hadisə ötən gün axşam xidmətdən kənar vaxtda, T.Niftəliyev evdə olarkən baş verib.
 
O bu gün dəfn edilib.
 

0