Bu il neçə nəfər tələbə adını qazanacaq? - Məleykə Abbaszadə açıqladı Ətraflı

ÖLKƏ
12:00 / 22.08.2024
131

"Ümumi plana əsasən, 61-62 min insan ali məktəbə qəbul olacaq və onların 27-28 mini dövlət sifarişli yerlərdə oxuyacaq”. 

HİT.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Real TV-yə müsahibəsində deyib.

"Bundan əlavə təhsil haqqında qanunun 14.8-ci maddəsi və onun bəndlərinə əsasən bir sıra şəxslər ödənişli əsaslarda universitetlərə qəbul olsa da, həmin şəxslər ödənişdən azad olunur və təhsil haqları Nazirlər Kabineti tərəfindən ödənilir. Keçən il bu bəndlərə əsasən 4 min insanın ödənişi dövlət tərəfindən ödənildi”, - o qeyd edib.
 

0