"Gender bərabərliyi və bərabər imkanlar" layihəsinin növbəti tədbiri Xaçmazda keçirilib

ÖLKƏ
12:23 / 28.04.2024
122

"Gender bərabərliyi və bərabər imkanlar" layihəsinin növbəti tədbiri Xaçmazda keçirilib“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikası QHT-ə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gender bərabərliyi və bərabər imkanlar!” layihəsi davam edir.


Layihənin əsas məqsədi regionlarda gənclər üçün gender bərabərliyinə dair qanunvericiliyin təbliği və bu maarifləndirmə işini təşkil etməklə cəmiyyətdə gender bərabərliyinin inkişafına nail olmaqdan ibarətdir.
Layihə fevral-aprel ayları ərzində Xaçmaz və Şabran rayonlarında həyata keçirilir.

Ümumilikdə altı təlimi əhatə edən layihəyə 150 nəfər 15-29 yaşları əhatə edən gənclər cəlb olunublar. Hər təlimdə 25 nəfər gənc iştirak edir. Layihənin növbəti təlimi Xaçmaz rayonu Köhnə Xaçmaz kənd tam orta məktəbində keçirildi. Layihəni maraqla qarşılayan gənclər gender bərabərliyinə dair qanunvericiliklə baglı maarifləndirildilər. Gənclər üçün təlim müddətində maarifləndirici roliklər göstərildi. Təlimin sonunda mövzu ilə bağlı müzakirələr keçirildi.

Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir. Eyni zamanda təşkilatın filialının layihə həyata keçən regionda yerləşdiyindən həmin tədbirlərin layihədən sonra da davam etdirilməsi təmin ediləcək.

Qeyd edək ki, bu layihə və Azərbaycan Respublikası QHT-ə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.

0