"Təhsilli qadın – savadlı cəmiyyət!" layihəsi uğurla sona çatdı.

ÖLKƏ
13:22 / 30.11.2022
98

Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə üç ay müddətində həyata keçirdiyi “Təhsilli qadın – savadlı cəmiyyət ” layihəsi Bakı şəhəri Binəqədi və Nəsimi rayonlarında həyata keçirildi.

Layihənin məqsədi qızların təhsildən yayındırılması hallarınına qarşı mübarizə, qızların ali və peşə təhsilinə marağının artırlması, həmçinin cəmiyyətin sosial-iqtisadi tələblərinə uyğun olaraq onların peşə-ixtisas seçiminə kömək etməkdir.

Layihə çərçivəsində beş təlim keçirilmişdir. Təlimlər Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında, 3 saylı Bakı peşə liseyində, 247 saylı tam orta məktəbdə, 18 saylı peşə liseyində keçirildi. Tədbirlərdə qadınlar və qızlar arasında təhsilsizlik və işsizlik problemi, onların təhsilə əlçatanlığı müzakirə olundu. Bildirlildi ki, Azərbaycanda da bu problemin həlli vacib sayılır və dövlətimiz ən ciddi tədbirlər görür ki, hər bir qız təhsil alsın və ölkəsinə daha faydalı olsun. Ümumilikdə layihədən 150 nəfər qadın yararlandı və onlar bildirdi ki,  karyeralarının qurulmasında, peşə seçimlərində bu layihənin böyük faydası olacaq.

Layihənin gedişatında maarifləndirici video-roliklər göstərildi  və maarifləndirici bukletlər paylanıldı.

0