Zoologiya İnstitutu "28 May"da peyda olan ilanlar barədə: "Normal haldır" - VİDEO

ÖLKƏ
09:21 / 23.08.2024
475
Xəbər verdiyimiz kimi, paytaxtın mərkəzində, metronun "28 May” stansiyasının yaxınlığında ilanlar peyda olub.
 
Ərazidə yaşayan sakinlər iddia edir ki, artıq orada dörd ilan öldürülüb.
 
Sakinlərin bəziləri şəhərin mərkəzində ilanın üzə çıxmağını normal olduğunu desələr də, bəziləri bunun mümkünsüz olduğunu bildirir.
 
Məsələ ilə bağlı AMEA-nın Zoologiya İnstitutundan bildirilib ki, Bakı ilanların təbii yaşayış yeri olub, ona görə də hələ də bu ərazilərdə ilanların görülməsi normal haldır. 
 
Qurumdan verilən məlumata görə, ilanlarla bağlı məsələ adətən yay fəsillərində aktuallaşır. Onların şəhərin mərkəzində görülməsi isə nadir hal sayılır.
 
Ətraflı "Xəzər Xəbər”in videomaterialında:
 

0