Kürdəxanıda "Yamin" qalası baxımsız vəziyyətdədir - VİDEO

ÖLKƏ
20:45 / 25.08.2024
410

Kürdəxanıda "Yamin" qalası kimi taninan tikili indi baxımsız vəziyyətdədir.

Xezerxeber.az xəbər verir ki, sakinlərin sözlərinə görə, Kürdəxanı kəndində yaşamış, hünərli, cəsarətli, qeyri-adi gücə malik olan Yamin Murtəzəoğlunun düşmənləri çox olub. Bunun nəticəsində o qorunmaq üçün evini qala kimi ucaldıb.1990- cı ildə dünyasını dəyişdikdən sonra isə tikili ilə maraqlanan olmayıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki sözü gedən qala tarixi mədəniyyət abidələr siyahısında daxil deyil.

Buna baxmayaraq həmin siyahıya daxil edilməsi üçün yeni aşkar edilmiş abidə kimi qeydə alınıb.

0