Şəmkirdə su problemi: Ağlavaşlı sakinləri susuz qalıb

ÖLKƏ
13:35 / 26.08.2024
114

Şəmkir rayon Ağlavaşlı kənd sakinləri su problemi ilə üzləşiblər.

Jurnalist Tural Turan Hit.az-a bildirib ki, Şəmkir Subartezian İdarəsinin rəhbəri Etibar Nəbiyevin başçılıq etdiyi suçu dəstəsi kəndliləri su ilə imtahana çəkirlər:

“Atamgilin artezianını iki aydır ki, "borca" görə söküblər. Baxmayaraq ki, borcumuz yoxdur. Bu azmış kimi,Etibar Nəbiyevin işçiləri suyun tarifini yeni qiymətlərlə hesablayırlar. Yəni, süni olaraq, qiymətləri qaldırıblar. Edilən bütün şikayətlərə baxmayaraq, Şəmkirdə məmur özbaşınalığının qarşısını alan yoxdur” deyə o bildirib.

Bir ağacın yetişib kölgə salan, bar verən hala gəlməsi üçün  illər, quruması üçünsə həftələr lazımdır. 

Ümid edirik, bunu hamı kimi su idarəsinin rəhbəri də yaxşı bilir.

Murad

0