Pulsuz kodlaşdırma mümkündürsə, ekspertlərə nə üçün artıq pul verirsiniz?

ÖLKƏ
20:52 / 28.08.2024
263

Ali məktəblərə qəbul imtahanlarının nəticəsi bəlli oldu. O da məlum oldu ki, 600 baldan yuxarı nəticə göstərmiş iki abituriyebt  ali məktəblərə qəbul ola bilməyib. Səbəb düzgün seçim etməmək və yalnız bir ali məktəbi işarələmək olub. 

Onlar kimi yüzlərlə tələbə yanlış seçim üzündən tələbə adını qazana bilmədi. Çoxu bəhanə gətirir ki, ekspertə verməyə pulumuz olmadı, kimsə bizə ixtisas seçimində kömək etmədi, pullumuz yox idi deyə kömək ala bilmədik. Bax sözümüz onlaradır.

Bilənlər bilir, bilməyənlər də bilsin, Dövlət İmtahan Mərkəzinin kodlaşdırma aparmaq üçün ödənişsiz mərkəzləri fəaliyyət göstərir. Bu il də, ötən il də onlar fəaliyyətdə olublar. Azərbaycan Universitetinin binasına daxil olub, bir qəpik ödəmədən kodlaşdırma aparmaq olar.
Yəni belə pulsuz mərkəzlər varkən, niyə gedib ekspertlərə 100-200 manat arası pul ödəyəsən ki?

Pulsuzdur deyə inamsızlıq eləmək lazım deyil. Hörmətli valideynlər, növbəti illərdə nəzərə alın.

Murad

0