Gəncədə ictimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs həbs edildi

ÖLKƏ
19:28 / 31.08.2024
354

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri mübafiq tədbirlər nəticəsində ictimai nəqliyyatda qeyri-etik hərəkət edən şəxsin kimliyi müəyyən edilib.

HİT.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

O bildirib ki, şəhər sakini N. Həsənov barəsində toplanılmış material aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.


 

0