Ədəbiyyatda nəsillərin savaşı - Səbəb nədir?

ÖLKƏ
21:57 / 09.09.2024
222

Son illər ədəbiyyatımızda qəribə bir tendensiya yaranıb. Gənc nəsil bir gündə məşhurlaşmaq üçün klassikləri hədəf alır. Yaşlı əsil ədibləri də gəncliyin yaradıcılığı qane eləmir.

Qəribədir, klassikanı bəyənməyən bir çox gənc yazarlar özlərinə elə klassik yazarların adını təxəllüs götürürlər. Ən qəribsi də budur ki, bizim gənc yazarlarımız  avropalı klassikləri bəyənsələr də, özümüzünkülərə üz turşudurlar.

Maraqlıdır, yaşlı nəsil niyə yeni gələn gəncləri qəbullanmaq istəmir?

Hit.az-ın bu sualına yazıçı Cavi Dan cavab verir:

"Gənclərin ədəbiyyata, yazıçılığa gəlməsindən narahat olan orta və yaşlı nəsil yazarlar var. Onlara üz tutub "ədəbiyyat model biznesi deyil ki, rəqabətdə gənclərə, gəncliyə uduzmaq qorxusu olsun, niyə həyəcanlanırsınız?" demək istəyirəm. Bu, beyin, təfəkkür, təcrübə, mütaliə, ürək istəyən sənətdir. Bu yolda nə qədər çox varsansa, ruhun da o qədər çox rahat olmalıdır. Yaşlı əslin gənclərə məktəb kimi təqdim etməyə yaradıcılıq bazası varsa, o rahatdır. Yalnız bu bazanın yoxluğu və yaxud kasadlığı gəncliyə qarşı aqressiya yarada bilər. Uduzmaq, unudulmaq, yox olmaq qorxusu səbəbindən".

Murad

0