İki ev ölkə qanunvericiliyinə tabe deyil?

ÖLKƏ
17:07 / 09.09.2024
108

“Bakının 8 noyabr prospektində əsaslı təmir işləri aparılır. Avtomobil yolları genişləndirilir, yol kənarındakı hasarlar sökülür. İş o həddə çatıb ki, hətta Çevik Polis Alayının qarısındakı hasar belə sökülərək,  yolun genişləndirilməsi planına qatılıb. Lakin sanki bu işlərin  prospektdəki iki böyük villaya dəxli yoxdur. Belə ki, bu villa sahibləri evlərinin hasarından çöldə piyada səkisini zəbt ediblər”.

Bu şikayəti Hit.az-a həmin ərazidə yaşayan Əhməd Mansurov səsləndirib:

“Səkiyə ağaclar əkilib, səki daralıb. Piyadalar həmin ərazidə yerimək üçün avtomobil yoluna düşməli olurlar ki, bu da yüksək sürətli prospektdə qəzalara səbəb olur Nəzərə alaq ki, sözügedən ərazi 59 saylı məktəbin qonşuluğundadır, məktəblilər dərsə gedib gələrkən təhlükə ilə üzləşirlər. Yolların təmiri zamanı bu iki evin çəkdiyi səkiyə toxunulmayıb. Sanki ölkə qanunlarının onlara dəxli yoxdur.Madam ki, təmir gedir, bu səkiyə də əncam çəkilsin. Ümumiyyətlə, yaşıl ağacların piyada səkisində nə işi var?”.

Ümid edirik, çox gec olmadan, təmir bitmədən bu problem həllini tapar.

Murad

0