Əcnəbi tələbələr Azərbaycan dili üzrə imtahan verirmi?

ÖLKƏ
18:18 / 09.09.2024
225

“Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq istəyən əcnəbi tələbələr müvafiq qaydada Azərbaycan dilində imtahan verirlər. Əcnəbilər ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün mütləq Azərbaycan dilində imtahan verməlidir”.

Bu fikri Hit.az-a təhsil eksperti Elçin Əfəndi deyib. 

O bildirib ki, konkret olaraq, Azərbaycan ali təhsil müəssisələri əcnəbi tələbədən Azərbaycan dili bilməsi üzrə sertifikat tələb etmir. Ancaq imtahan nəticəsi mütləq tələb olunur:

“İstər ölkə vətəndaşı və ya xarici vətəndaşın mütləq şəkildə azərbaycan dili üzrə nəticəsi olmalıdır. Söhbət Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan nəticələrindən gedir”.

Sevinc

0