43 bağça müdiri işdən çıxarılıb

ÖLKƏ
13:58 / 12.09.2024
169

Məktəbəqədər təhsil müəssisələrindən ümumilikdə 43 bağça müdiri işdən azad edilib.

Bu barədə HİT.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, buna səbəb vətəndaş və valideyn müraciətləri əsasında aparılan yoxlama-nəzarət tədbirləri zamanı nöqsanların aşkar edilməsi olub.

Həmin nöqsanlar aşağıdakılardır:

- təşkilati-sənədləşmə işlərinin, uşaqların qidalanması prosesinin təşkilinin müəyyən məqamlarda düzgün aparılmaması;

- davamiyyətin aşağı olması, prosesə nəzarətin düzgün təşkil edilməməsi;

- uşaqların qeydiyyatı üçün nəzərdə tutulan portaldan kənar azyaşlıların təlim-tədrisə cəlb edilməsi.

Aşkar edilən nöqsanlar nəticəsində ölkə üzrə ümumilikdə 43 bağça müdiri işdən azad edilib.

Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.

0