Bakıda keçilməz keçidlər...

ÖLKƏ
20:50 / 12.09.2024
161

Şəhərdə yol üstü keçidlərdəki eskalatorlardan danışmaq istəyirik.

Hit.az-a müraciət edən şəhər sakini  Nahidə Qocayeva bildirib ki, 63 yaşı var. Hər axşam Ağ şəhərlə üz-üzə yolüstü keçiddən  keçib avtobus gözləyir:

“Lakin bu keçidin bir dərdi var. Nə işdirsə, qalxan eskalatorlar işləmir, düşənlər işləyir. Yaşlı adamam. 25 hündür pilləni qalxmaq  əziyyt verir. Təngnəfəs oluram, dizlərim ağrıyır. Tək mən bu hala düşmürəm. Elə hamı əziyyət çəkir.

Təəssüf ki, Bakıda yarıtmaz vəziyyətdə olan  eskalatorların sayı az deyil. Hərəkətin vacibliyini vurğulasaq da, fiziki məhdudiyyətləri piyadalar üçün belə keçidlər keçilməzdir".

Murad

0