“Ermənistanda dağ-mədən sənayesi çox inkişaf edib. Xüsusilə , ermənilər uzun müddət Kəlbəcər rayonu ərazisində yerləşən Zod yatağında istismarla məşğul olublar”.
Bu sözləri Hit.az-a “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.
O bildirib ki, emal zamanı çirklənmiş su çaya axıdılır. O ərazidən də yalnız Oxçuçay axır. Oxçuçay birbaşa Araz çayına tökülür. Araz çayı vasitəsilə zəhərli elementlər Azərbaycana gəlir. Beləliklə,ətraf mühit çirklənir. Bu istiqamətdə Azərbaycan QHT-lərinin gördüyü işlər təqdirəlayiqdir”.
Qeyd edək ki, 2024-cü ilin əvvəlində Amuldağ yatağında qızıl hasilatı ilə bağlı Ermənistan hökümətinin planlarına qarşı etiraz edən erməni QHT-lərinə "Environmental protection first" koalisiyası tərəfindən dəstək ifadə olunub.
Sevinc