"Formula -1”in təşkili, hərəkətin təhlükəsizliyində, ictimai asayişin qorunmasında polisin rolu əvəzsizdir”.
Bu sözləri Hit.az-a “Polisə Yardım” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib.
O bildirib ki, “Formula -1” yarışının uğurla başa çatması onu göstərir ki, qarşıda bizi daha bir böyük beynəlxalq tədbir gözləyir:
“Sevindirici haldır ki, sürət yarışı uğurla başa çatdı. Turistlərin qarşılanması, nəqliyyatın idarə olunması, ictimai asayişin qorunmasında polisin rolu əvəzsizdir. Məlumdur ki, COP-29 keçirilən zaman ölkəmizdə 80 mindən çox insanın iştirak edəcəyi ehtimal edilir. Bu tədbirlərin uğurla sonlanması bəzi ölkələrin qısqanclığına səbəb olur. Bu səbəbdən də hesab edirəm ki, Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdır. Bu növ tədbirlər ölkənin hüdudlarında məmnunluq yaratdığı üçün hər kəs öz dəstəyini göstərməlidir. İctimai təhlükəsizliklə bağlı məlumatı olan şəxs dərhal ərazi üzrə aidiyyatı quruma xəbər etməlidir”.
Sevinc